Bakı şəhəri, Heydər Əliyev Prospekti 95a
(+994) 70 548 01 10 — 24/7
B.e–Cümə: 9:00 – 18:00 · Şənbə: 09:00 – 15:00

Gömrük dəhlizləri: yaşıl, sarı, mavi və qırmızı nə deməkdir

11 Noyabr 2026 · Caucasus Customs and Logistics

Eyni sərhəd keçid məntəqəsində iki yük tamamilə fərqli yol keçir: biri sənəd yoxlaması ilə buraxılır, digəri boşaldılıb baxışa verilir. Bu, təsadüf deyil — buraxılış dəhlizinin nəticəsidir.

Sistem nəyə əsaslanır

Mallar gömrük sərhədindən keçirilərkən əvvəlcədən elektron qaydada verilən məlumat və risk qiymətləndirməsi əsasında buraxılış sistemi müəyyən edilir. Risk burada gömrük qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi ehtimalı kimi başa düşülür.

Sistem dörd dəhlizdən ibarətdir və onlar riskin artmasına görə sıralanır.

Dörd dəhliz

  • Yaşıl — Mala və nəqliyyat vasitəsinə yoxlama tətbiq edilmədən buraxılış. Aşağı və orta risk qrupuna aid idxalatçılar üçün nəzərdə tutulub.
  • Sarı — Sənəd üzrə nəzarət. Xüsusi sertifikat tələb edən mallar — məsələn sağlamlıq və baytarlıq sənədləri olanlar — bu dəhlizə düşür.
  • Mavi — Mallar buraxılır, nəzarət isə buraxılışdan sonrakı mərhələyə keçirilir.
  • Qırmızı — Ən yüksək risk qrupu. Burada malın fiziki yoxlaması aparılır.

Nəyə təsir edir

Dəhliz birbaşa iki şeyə təsir göstərir: yükün nə vaxt əlinizə çatmasına və sizdən nə tələb olunacağına. Qırmızı dəhlizdə yük boşaldılır, nümunə götürülə bilər, bəzi hallarda ekspertiza təyin olunur — bunların hər biri anbarda əlavə gün deməkdir.

Mavi dəhliz isə başqa cür işləyir: yük tez buraxılır, amma sənədlər sonradan buraxılışdan sonrakı yoxlamada araşdırıla bilər. Yəni sənədləri “yük çıxandan sonra” atmaq olmaz.

Nəyi özünüz dəyişə bilərsiniz

Dəhlizi sifariş etmək mümkün deyil, lakin risk qiymətləndirməsinə təsir edən şeylər var:

  • sənədlərin bir-birinə uyğunluğu — ad, çəki, miqdar, dəyər hər sənəddə eyni olsun
  • kodun düzgün seçilməsi və texniki təsvirlə əsaslandırılması
  • tələb olunan icazə və sertifikatların yük gəlməmiş hazır olması
  • əvvəlki əməliyyatlarda pozuntunun olmaması

Sonuncu bənd ən uzunmüddətlisidir: sistem şirkətin keçmişinə baxır, ona görə bir dəfəlik səhvin nəticəsi bir yüklə bitmir.

Yoxlama təyin olunsa

Sənəd sorğusu gələndə və ya baxış təyin olunanda vaxt itkisinin böyük hissəsi cavabın gecikməsindən yaranır. Belə hallarda sənədləri və əsaslandırmanı biz hazırlayırıq — konsaltinq çərçivəsində məsələni yükünüzün sənədləri üzərində konkret baxa bilərik.

Bu mövzu üzrə xidmətimiz

  • Konsaltinq Gömrük qanunvericiliyi, rüsum hesablanması və risklərin idarə olunması üzrə peşəkar məsləhət.

Sualınız qaldı?

Gömrük rəsmiləşdirilməsi ilə bağlı konkret vəziyyətinizi müzakirə etmək üçün bizimlə əlaqə saxlayın — peşəkar komandamız qanunvericilik çərçivəsində izah verəcək.

Mütəxəssislə danışın Bütün xəbərlər

Digər suallar

Bunlar da maraqlı ola bilər

Bizimlə əlaqə

Sualınız var? Zəng edin və ya formu doldurun — iş günü ərzində cavablandırırıq.

ÜnvanBakı, Heydər Əliyev Prospekti 95a (Qafqaz Biznes Mərkəzi), 2-ci mərtəbə, 202-ci kabinet
İş qrafikiB.e–Cümə: 9:00 – 18:00
Şənbə: 09:00 – 15:00

Əlaqə formu

Xanaları doldurun, sizinlə əlaqə saxlayaq.

Məlumatlarınız üçüncü şəxslərlə paylaşılmır.