Noyabrın 7-də Ümumdünya Gömrük Təşkilatının modernləşdirilməsi mövzusunda Virtual Avropa Regional Məsləhətləşmələri keçirilib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndə heyətinin də qatıldığı onlayn tədbirdə Ümumdünya Gömrük Təşkilatının modernləşdirilməsi planı müzakirə olunub, Fəaliyyət və təsirin qiymətləndirilməsi, ÜGT layihələrinin idarə olunması, ÜGT-nin regional qurumları, İnsan resurslarının idarəedilməsi, Donorların maliyyələşdirilməsi siyasəti və maliyyə davamlılığı və digər mövzularda təqdimatlar nümayiş etdirilib, fikir mübadiləsi aparılıb.