Bakı şəhəri, Heydər Əliyev Prospekti 95a
(+994) 70 548 01 10 — 24/7
B.e–Cümə: 9:00 – 18:00 · Şənbə: 09:00 – 15:00

Şirkət haqqında

Sizin güvənli gömrük təmsilçiniz — 2018-ci ildən Azərbaycan Respublikasının gömrük fəaliyyəti zonasında.

Caucasus Customs and Logistics — Məhdud Məsuliyyətli Cəmiyyəti 03.12.2018-ci il tarixindən etibarən gömrük brokeri qismində fəaliyyətdədir.

Caucasus Customs and Logistics ixtisaslaşmış gömrük təmsilçiliyi Azərbaycan Respublikası gömrük fəaliyyəti zonasında dünya təcrübəsi əsasında yaradılmış, səmimi rəftar, yüksək keyfiyyət və operativlik prinsipləri əsasında bir neçə xidmət növü ilə tam gömrük təmsilçilik xidmətlərini özündə cəmləşdirir.

Prinsiplərimiz

Əsas prinsiplərimizdən öndə duranı, şirkətlərin məxfiliyini Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq qorumaqdır. Şirkətin fəaliyyət istiqamətində müştərilərə individual yanaşma və yaranmış hər hansı suala vaxtında qanun çərçivəsində cavab verib, köməklik göstərməkdir.

Komanda

Zamanla təcrübəli və ixtisaslaşdırılmış işçi qrupu öz səmimiliyi ilə şirkətlərin doğmalığını qazanmağa nail olmuşdur. Hər müştəri üçün ayrıca menecer təyin olunur — bütün proses boyunca vahid əlaqə nöqtəniz olur.

Hüquqi status

Caucasus Customs and Logistics gömrük təmsilçiliyinin fəaliyyəti Azərbaycan Respublikası gömrük sərhədi vasitəsilə malları keçirən şəxsin tapşırığı ilə, onun hesabına və öz adından malların gömrük rəsmiləşdirilməsi üzrə əməliyyatların həyata keçirilməsindən və gömrük prosedurunu həyata keçirən zaman digər vasitəçilik funksiyalarının yerinə yetirilməsindən ibarətdir. Şirkət Azərbaycan Respublikası qanunvericiliyinə əsasən yaradılmış kommersiya təşkilatıdır.

Rəqəmlərlə

  • 18 — i̇llik təcrübə
  • 30+ — daimi müştəri
  • 18 — fərqli sahədə
  • 150 000+ — görülən işlər

Xidmətlərimizlə tanış olun

Necə işləyirik

Dörd addımda gömrükdən keçin

Şəffaf proses — hər mərhələdə sizə statusu bildiririk.

01

Müraciət və analiz

Yükün növü, mənşə ölkəsi və sənədləri üzrə ilkin qiymətləndirmə aparırıq.

02

Sənədlərin hazırlanması

Zəruri sənədləri toplayır, sertifikat və icazələri alırıq.

03

Bəyannamə və rəsmiləşdirmə

Bəyannaməni tərtib edir, rüsumları hesablayır və postda müşayiət edirik.

04

Təhvil və çatdırılma

Yükü anbardan təhvil alır və göstərdiyiniz ünvana çatdırırıq.

Müştərilərimiz

18 fərqli sahədə 30-dan çox daimi tərəfdaş

Bizimlə əlaqə

Sualınız var? Zəng edin və ya formu doldurun — iş günü ərzində cavablandırırıq.

ÜnvanBakı, Heydər Əliyev Prospekti 95a (Qafqaz Biznes Mərkəzi), 2-ci mərtəbə, 202-ci kabinet
İş qrafikiB.e–Cümə: 9:00 – 18:00
Şənbə: 09:00 – 15:00

Əlaqə formu

Xanaları doldurun, sizinlə əlaqə saxlayaq.

Məlumatlarınız üçüncü şəxslərlə paylaşılmır.