“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 9, maddə 187; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1028; 2008, № 12, maddə 1057; 2011, № 1, maddə 21; 2021, № 11, maddə 2327) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. “Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri;” sözləri çıxarılsın;
2. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının Hüquqi təminat idarəsinin rəisi;” sözlərindən sonra “Naxçıvan Baş Gömrük İdarəsinin rəisi;” sözləri əlavə edilsin.