Şirkət haqqında
“Caucasus Customs and Logistics” Məhdud Məsuliyyətli Cəmiyyəti 03.12.2018-ci il tarixindən etibarən gömrük brokeri qismində fəaliyyətdədir. “Caucasus Customs and Logistics” ixtisaslaşmış gömrük təmsilçiliyi Azərbaycan Respublikası gömrük fəaliyyəti zonasında dünya təcrübəsi əsasında yaradılmış, səmimi rəftar, yüksək keyfiyyət və operativlik prinsipləri əsasında bir neçə xidmət növü ilə tam gömrük təmsilçilik xidmətlərini özündə cəmləşdirir.
Əsas prinsiplərimizdən öndə duranı, şırkətlərin məxviliyini Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq qorumaqdır. Şirkətin fəaliyyət istiqamətində müştərilərə individual yanaşma və yaranmış hər hansı suala vaxtında qanun çərçivəsində cavab verib, köməklik göstərməkdir.
Zamanla təcrübəli və ixtisaslaşdırılmış işci qrupu öz səmimiliyi ilə şirkətlərin doğmalığını qazanmağa nail olmuşdur. “Caucasus Customs and Logistics” gömrük təmsilçiliyinin fəaliyyəti Azərbaycan Respublikası gömrük sərhədi vasitəsiylə malları keçirən şəxsin tapşırığı, onun hesabına öz adından malların gömrük rəsmiləşdirilməsi üzrə əməliyyatların həyata keçirilməsindən və gömrük prosedurunu həyata keçirən zaman digər vasitəçilik funksiyalarının yerinə yetirilməsindən ibarət olan, Azərbaycan
Respublikası qanunvericiliyinə əsasən yaradılmış kommersiya təşkilatıdır.